Xankəndi- 26.12.1991
Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
Şuşa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993
Şöbələr...


İnformasiya texnologiyaları və kompyuter sistemləri şöbəsi

     Yeni informasiya texnologiyalarının tədris prosesinə tətbiqindən irəli gələn tələbləri əsas götürərək və bununla əlaqədar müvafiq işlərin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkili və aparılması üçün 2003/2004- cü tədris ilindən “İnformasiya texnologiyaları və kompyuter sistemləri” şöbəsi yaradılmışdır. Kompyuter auditoriyalarında olan elektron avadanlıqların düzgün texniki istismarını, fasiləsiz normal işləməsini, elektron texnikalarına texniki xidməti, onların istifadəsini, profilaktik və cari təmirinin aparılmasını, vaxtında lazımi ehtiyat hissələri və materiallarla təmin olunmasını təşkil etmək və kompyuterlərin texniki və proqram təminatını günün tələbatına uyğun səviyyədə saxlamaq şöbənin əsas fəaliyyət sahələrindəndir. Şöbəyə fizika-riyaziyyat elmləri namizədi M.M.Mehdiyev rəhbərlik edir.

     

     Şöbənin nəzdində müasir proqram təminatı ilə təmin olunmuş, əsasən PENTİUM – IV tipli kompyuterlərdən təşkil edilmiş iki kompyuter auditoriyası yaradılmışdır. Şöbədə «Gənc İnformatiklər» elmi dərnəyi fəaliyyət göstərir, həm də ayda bir dəfə dərc olunmaqla İKT sahəsinə aid maraqlı məlumatları özündə əks etdirən İT və KS şöbəsinin «İNFORMATİKA» adlı qəzeti nəşr edilir.


     Şöbənin əməkdaşları tərəfindən İnformatika və ona yaxın fənnlərin tədrisinə dair müxtəlif tədris-metodiki vəsaitlər, proqramlar və dərs vəsaitləri hazırlanıb çap etdirilərək akademiyanın kitabxana fonduna təhvil verilmişdir və tələbələr bunlardan istifadə edirlər. İnformatika fənnindən maqistraturaya qəbul imtahanı proqramının və test tapşırıqlarının hazırlanmasında şöbənin işçiləri TQDK- nın maqistratura şöbəsi ilə sıx əməkdaşlıq edirlər.
Əməkdaşlıq:
- TQDK;
- Bakı Dövlət Universiteti;
- Azərbaycan Memarlıq və İnşaat Universiteti;
- AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu.
KİTABXANA

Kitabxana öz fondunu ali məktəbin profilinə uyğun komplektləşdirir, professor-müəllim, tələbə heyətini elmi ədəbiyyatla, dərslik, dərs vəsaiti, dövri nəşrlə təmin edir, ali məktəbin illik elmi tədqiqat işləri haqqında hesabatları, ali məktəbdə hazırlanan metodiki materialları, habelə müdafiə olunmuş dissertasiyaları, avtoreferatları toplayır və mühafizə edir. Akademiyanın kitabxanası oxuculara fərqli xidmət göstərir: geniş və operativ şəkildə müvafiq profil üzrə elm və texnikanın nailiyyətləri haqqında müntəzəm məlumat verir, kitabxana biblioqrafiya biliklərini (kitabxana və informasiya mənbələrindən istifadə) təbliğ edir. Kitabxanada 2 oxu zalı fəaliyyət göstərir: elm sahələrinə və oxucu qruplarına görə. Burada müntəzəm olaraq müxtəlif mövzularda kitab sərgiləri təşkil edilir.


     

KİTABXANA FONDU
Kitab fondu oxucuların məqsədyönlü istifadəsi üçün sistemləşdirilmişdir. Onun əsas hissəsini kitablar və kitabçalar təşkil edir. Çap əsərlərindən başqa, kitabxananın fondunda dövri nəşrlər (qəzet və jurnal) , dissertasiyalar, avtoreferatlar, metodiki vəsaitlər, proqramlar da mövcuddur. Bütün elm sahələri üzrə ədəbiyyatı əhatə etdiyi üçün fond universal xarakter daşıyır. Kitabxananın planlı və sistemli quruluşu kitab fondundan səmərəli istifadə etməyə şərait yaradır. Kitabxananın fondu professor-müəllim və tələbə heyətinin sorğularına uyğun komplektləşdirilir. Oxucu sorğularını hər tərəfli ödəmək məqsədi ilə kitabxana sistemli və planlı şəkildə komplektləşdirilir. Fondun tamamlanmasında əlavə mənbə müəlliflərin və tədris müəssisələrinin verdiyi hədiyyə kitablardır.

Əlaqə saxlayın:
Tel (+99412) 563-06-10

Professor-müəllim, tələbə heyətinin sorğularını ödəmək üçün əlifba və sistemli kataloq vardır.

Əməkdaşlıq:

Prezidentin İşlər İdarəsinin kitabxanası
Milli kitabxana
Universitet kitabxanaları
Milli Arxiv kitabxanaları


KURSLAR BAZASINDAN BAŞLANAN YOL

Respublikada həmkarlar ittfaqı kadr və fəallarının təhsilinin təşkilini xüsusi struktur-Həmkarlar ittifaqlarının təhsil müəssisəsi olan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası həyata keçirir. Akademiyanın tarixi haqqında aşağıdakıları qeyd etmək olar: ÜİHİMŞ Rəyasət Heyətinin 12 aprel 1962-ci il tarixli qərarı ilə Həmkarlar İttifaqları hərəkatı Ali məktəbinin Bakıda Tədris-Məsləhət Məntəqəsi (TMM) yaradılmışdır. Hər il həmkarlar ittifaqları orqanlarının göndərişi ilə qəbul olan tələbələr bir qrupda TMM-də qiyabi-axşam formasında təhsil alırdılar.
1997-ci ildə AHİK-in İcraiyyə Komitəsi TMM-nin Filiala çevrilməsi barədə Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasına müraciət etmişdir. Federasiya Baş Şurasının İcraiyyə Komitəsi 27 noyabr 1997-ci il tarixli qərarı ilə TMM-ni Filiala çevrilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1999-cu ildə Filiala Lisenziya vermişdir.
2006-cı ilin iyulunda Filialın bazasında müstəqil Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yaranmışdır. Akademiya ali təhsilli mütəxəssis hazırlamaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmış, onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilmişdir.
Həmkarlar ittifaqlarının müasir kadr siyasəti ilə bağlı əsas vəzifə sosial tərəfdaşlarla bərabər səviyyədə peşəkar dialoq aparmaq qabiliyyəti olan, əmək adamının sosial-iqtisadi maraqlarını müdafiə etməyi bacaran kadr potensialının formalaşması və inkişafı sistemini yaratmaqdan ibarətdir.
AHİK-in 05 fevral 2008-ci ildə keçirilmiş III qurultayında həmkarlar ittifaqları qarşısında işçilərin öz maraqlarını savadlı qoruması üçün sosial-iqtisadi sahələrə aid olan və onların fəaliyyət dairəsini əhatə edən qanunların və qanunvericilik aktlarının öyrənilməsinin təşkil edilməsi bir vəzifə olaraq qoyulmuşdur. Həmkarlar İttifaqları kadr və fəallarinin ixtisasinin artırılması və yenidən hazırlanması ilə Akademiyanın xüsusi şöbəsi məşğul olur.

     


Şöbənin əsas məqsədi bazar iqtisadiyyatı şəraitində əmək adamlarının maraqlarını müdafiə etməyi bacaran həmkarlar ittifaqı liderləri və mütəxəssisləri hazırlamaqdan ibarətdir.
Həmkarlar ittifaqı təhsili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
- həmkarlar ittifaqı liderləri və mütəxəssislərinə həmkarlar ittifaqı hərəkatının nəzəriyyə və praktikası, konfliktologiya, psixologiya, menecment, iqtisadiyyat, hüquq, sosiologiya və digər sahələrdə müxtəlif biliklərə və vərdişlərə yiyələnməyi təmin etmək;
- bazar münasibətləri şəraitində işləmək üçün lazım olan bütün keyfiyyətlərə malik olan və tədricən peşəkarlığını artırmağa, təkmilləşməyə cəhd edən həmkarlar ittifaqı liderini formalaşdırmaq.




Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tədris prosesini AHİK-in üzv təşkilatlarının təklifləri əsasında tərtib edilmiş həmkarlar ittifaqı kadr və fəallarının tədris planı üzrə təşkil edir.Bu plan hər il AHİK-in İcraiyyə Komitəsində təsdiq olunur.
Tədris planı aşağıdakı kateqoriya həmkarlar ittifaqı işçilərinin hazırlanması və ixtisaslarının artırılmasına hesablanır:
- müəssisə və təşkilatların həm ştat üzrə, həm də ictimai əsaslarla işləyən sədr və sədr müavinləri;
- Respublika Komitəsi aparatının mütəxəssisləri;
- Həmkarlar ittifaqı şəhər və rayon komitələrinin rəhbərləri;
- ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri;
- təftiş komissiyasının sədrləri, mühasiblər, xəzinədarlar;
- həmkarlar ittifaqı işinin bütün istiqamətləri üzrə sədrlər, həmkarlar ittifaqı fəalları və s.
Hər bir kateqoriya üçün işlənib-hazırlanmış təqvim-mövzu planı Akademiyanın Elmi Şurasında təsdiq olunur.
Tədrisin müddətinin həcmindən asılı olaraq kurslar 3 gündən 10 günə qədər müxtəlif müddətli olurlar. 10 günlük kurslarda əsasən həmkarlar ittifaqı komitələrinin ilk dəfə seçilmiş sədrləri, 3-5 günlük kurslarda isə təcrübəli həmkarlar ittifaqı işçiləri təhsil alır. Kurslarda respublikanın nüfuzlu alimləri, nazirlik və komitələrin, eləcə də AHİK-in aparıcı mütəxəssisləri dərs aparır.

           



Kursların təşkilində və aparılmasında həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə yerlərdə tanış olmağa xüsusi fikir verilir. Hər bir kurs və seminarın sonunda iştirakçılar arasında sorğu keçirilir. Dinləyicilərin fikirlərinin öyrənilməsi tədris prosesinin təşkilində mühüm rol oynayır.
Akademiyanın I və II kurs tələbələri «Həmkarlar ittifaqı hərəkatının əsasları», «Sosial tərəfdaşlıq», «Bazar münasibətləri şəraitində işçilərin sosial müdafiəsi» kimi xüsusi kursları öyrənirlər. Bu məqsədlə Akademiyanın professor-müəllim heyəti müxtəlif dərsliklər, dərs vəsaitləri, metodiki materiallar hazırlayırlar.
Ümumiyyətlə Akademiyanın əməkdaşlari Təhsil Nazirliyı və Elmi Şura tərəfindən tövsiyə olunan onlarla tədris proqramları, eləcə də aşağıdakı dərslik, dərs vəsaiti və metodiki tövsiyələr hazırlamışdır:
İnformasiya iqtisadiyyatı;
Əmək bazarı və əhalinin sosial müdafiəsi;
Heydər Əliyev və Həmkarlar ittifaqlari;
Məşğulluq;
Ümumi informatikadan praktikum;
Организация управленческого труда;
Dünya iqtisadiyyatının nəzəri əsasları;
Научно-технический прогресс и рынок нововведений; Azərbaycan Həmkarlar İttifaqlarının tarixi; Sosial tərəfdaşlıq; Государственное Регулирование рынка труда в странах СНГ;
Азербайджан сегодня: проблемы занятости и социального партнерства;
Həmkarlar İttifaqı fəallarına kömək;
Həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin ümumi sosial mexanizmidir: tarix və müasirlik;
Рынок труда и политика занятости в переходный период.
Elmi-texniki tərəqqi:sosial-iqtisadi aspektlər
- İnformatikadan praktikum. I və II hissələr;
- İnternet şəbkəsində işin əsasları;
- İnformatika və hesablama texnikası fənni üzrə tədris metodiki kompleks.



Elan:
Yeni dərs ili münasibətilə tələbə adını yenicə qazananları təbrik edirik!!!

Akademiyamızdan Xəbərlər...

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının saytı yeni təribat və dizaynla istifadənizə verilidi.