Xankəndi- 26.12.1991
Xocavənd- 02.10.1992
Xocalı- 25-26.02.1992
Şuşa- 08.05.1992
Laçın- 17.05.1992
Kəlbəcər- 03-06.04.1993
Ağdərə- 17.06.1993
Ağdam- 23.07.1993
Cəbrayıl- 18.08.1993
Füzuli- 23.08.1993
Qubadlı- 30-31.08.1993
Zəngilan- 29-30.10.1993
TƏDRİS PROSESİNİN TƏŞKİLİ...

   Tədris prosesinin strategiyasını Akademiyanın Elmi Şurası, onun bilavasitə təminatını isə tədris şöbəsi və kafedralar müəyyənləşdirir. Akademiyada tədris prosesinin təşkilinin aşağıdakı ənənəvi formaları tətbiq olunur: mühazirələr, aktiv təlim metodlarından istifadə etməklə seminar və praktiki məşğələlər, istehsalat təcrübəsi, kollokviumlar və Yekun Dövlət Attestasiyası.


   Tədris prosesinin informasiya və metodiki təminatı kitabxana, kompyuter texnikası vasitəsilə həyata keçirilir.

     


     

   İnformasiya və kommunikasiya texnoloqiyalarından istifadəyə Akademiyada xüsusi fikir verilir. Tədris prosesində fəal istifadə olunmaq üçün müasir tipli kompyuterlərdən ibarət kompyuter sinifləri təşkil olunmuşdur. Kompyuterlər İNTERNET şəbəkəsinə qoşulmuşdur.


2010/2011- ci TƏDRİS İLİ ÜÇÜN TƏDRİS PROSESİNİN QRAFİKİ

I. ƏYANİ TƏHSİL FORMASI
«Maliyyə» fakultəsi
«Маliyyə», «Muhasibat uçotu və audit ixtisasları:


I kurs qr. 222, 326, 326 R.
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 01.02.11 – 5 həftə qış imtahan sessiyası;
02.02.11 - 15.02.11 – 2 həftə tətil;
16.02.11 - 31.05.11 – 15 həftə nəzəri dərs;
01.06.11 - 05.07.11 – 5 həftə yaya imtahan sesiyası;
06.07.11 – dən tətil.

II kurs qr. 220, 220 R,
324, 324 R
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 01.02.11– 5 həftə qış imtahan sessiyası;
02.02.11 - 15.02.11 – 2 həftə tətili;
16.02.11 - 31.05.11 – 15 həftə nəzəri dərs;
01.06.11 - 05.07.11 – 5 həftə yay imtahan sessiyası;
06.07.11 – dən tətil.

III kurs qr 218, 218А, 322, 322А, 322 R
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 25.01.11 – 4 həftə qış imtahan sessiyası;
26.01.11 - 08.02.11 – 2 həftə tətil;
09.02.11 - 24.05.11 – 15 həftə nəzəri dərs;
25.05.11 - 21.06.11 – 4 həftə yay imtahan sessiyası;
22.06.11 - 19.07.11 – 4 həftə istehsalat təcrübəsi
20.07.11 – dən tətil.

IV kurs qr. 216, 318, 320
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 25.01.11 – 4 həftə qış imtahan sessiyası;
26.01.11 - 08.02.11 – 2 həftə tətil;
09.02.11 - 19.04.11 – 10 həftə nəzəri dərs;
20.04.11 - 10.05.11 – 2 həftə yay imtahan sessiyası;
11.05.11 - 21.06.11 – 4 həftə diplomqabağı təcrübə, buraxılış işinin hazırlanması
22.06.11 - 05.07.11 – Yekun Dövlət Attestasiyası

«İQTİSADİYYAT VƏ İNZİBATİ İDARƏETMƏ» fakultəsi

«İqtisadiyyat», «Dövlət və bələdiyyə idarəetməsi», «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisasları:


I kurs qr.122, 408
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 01.02.11 – 5 həftə qış imtahan sessiyası;
02.02.11 - 15.02.11 – 2 həftə tətil;
16.02.11 - 31.05.11 – 15 həftə nəzəri dərs;
01.06.11 - 05.07.11 – 5 həftə yay imtahan sessiyası;
06.07.11 - dən tətil.

II kurs qr. 120, 406
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 01.02.11– 5 həftə qış imtahan sessiyası;
02.02.11 - 15.02.11 – 2 həftə tətil;
16.02.11 - 31.05.11 – 15 həftə nəzəri dərs;
01.06.11 - 05.07.11 – 5 həftə yay imtahan sessiyası;
06.07.11 - dən tətil.

III kurs qr. 118, 118А, 404
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 25.01.11 – 4 həftə qış imtahan sessiyası;
26.01.11 - 08.02.11 – 2 həftə tətil;
09.02.11 - 24.05.11 – 15 həftə nəzəri dərs;
25.05.11 - 21.06.11 – 4 həftə yay imtahan sessiyası;
22.06.11 - 19.07.11 – 4 həftə istehsalat təcrübəsi
20.07.11 - dən tətil.

IV kurs qr. 116
15.09.10 - 28.12.10 – 15 həftə nəzəri dərs;
29.12.10 - 25.01.11 – 4 həftə qış imtahan sessiyası;
26.01.11 - 08.02.11 – 2 həftə tətil;
09.02.11 - 19.04.11 – 10 həftə nəzəri dərs;
20.04.11 - 10.05.11 – 2 həftə yaz imtahan sessiyası;
11.05.11 - 21.06.11 – 4 həftə diplomqabağı təcrübə, buraxılış işinin hazırlanması 22.06.11 - 05.07.11 – Yekun Dövlət Attestasiyası
2010/2011-ci tədria ilində 15.09.2010-cu il tarixindən başlanan həftə üst həftə hesab edilsin.

II. QİYABİ TƏHSIL FORMASI

Bütün ixtisaslar üzrə 2010/2011-ci tədris ili üçün tədris prosesinin qrafiki aşağıdakı kimi təsdiq edilsin.
«МАLİYYƏ» fakultəsi
«Маliyyə» ixtisası:


III kurs qr. 319
25.10.10 - 14.11.10 - nəzəri dərs;
25.04.11 - 15.05.11 – nəzəri dərs və imtahan sessiyası;

IV kurs qr.317
25.10.10 - 14.11.10 - nəzəri dərs;
25.04.11 - 15.05.11 - nəzəri dərs və imtahan sessiyası;

V kurs qr 315
25.10.10 - 14.11.10 - nəzəri dərs;
17.01.11 - 06.02.11 - nəzəri dərs və imtahan sessiyası;
07.02.11 - 05.03.11 - 4 istehsalat təcrübəsi;
07.03.11 - 19.03.11 - 2 həftə diplomqabağı təcrübə;
02.05.11 - 31.05.11 - Yekun Dövlət Attestasiyasına hazırlıq;
13.06.11 - 25.06.11 - Yekun Dövlət Attestasiyası.

«İDTİSADİYYAT VƏ İNZİBATİ İDARƏETMƏ» fakültəsi

«Əməyin İqtisadiyyatı və sosiologiyası» ixtisası:


IV kurs qr. 115
25.10.10 - 14.11.10 - nəzəri dərs;
25.04.11 - 15.05.11 - nəzəri dərs və imtahan sessiyası.

«İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası

III kurs qr. 407
25.10.10 - 14.11.10 - nəzəri dərs;
25.04.11 - 15.05.11 - nəzəri dərs və imtahan sessiyası;

V kurs qr. 405
25.10.10 - 14.11.10 - nəzəri dərs;
17.01.11 - 06.02.11 - nəzəri dərs və imtahan sessiyası;
07.02.11 - 05.03.11 - 4 həftə istehsalat təcrübəsi;
07.03.11 - 19.03.11 - 2 həftə diplomqabağı təcrübə;
02.05.11 - 31.05.11 - Yekun Dövlət Attestasiyasına hazırlıq;
13.06.11 - 25.06.11 – Yekun Dövlət Attestasiyası.
Akademiyada tədris prosesi Boliniya prosesinin tələblərinə uyğun olaraq həyata keçirilir.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi
ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) kredit sisteminin tətbiqi onun Elmi Şurasının qərarı əsasında həyata keçirilir.
1.2. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
• hər bir tələbənin fərdi tədris planının olması və onların bu planının tərtibində iştirakı;
• tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
• təhsil prosesinə tədris məsləhətçilərin (tyütor) cəlb olunması və onların bu prosesdə hər tələbəyə köməkliyi;
• tədris prosesinin lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;
• tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;
1.3. Fakültə dekanları tələbələri və müəllimləri kredit sisteminin təşkili qaydaları ilə tanış etməlidir.

II. Təhsil prosesinin tədris-metodiki təminatı

2.1. İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili Dövlət Təhsil Standartlarına müvafiq olaraq kredit sisteminə uyğunlaşdırılmış tədris planı və fənn proqramları əsasında həyata keçirilir.
2.2. Kredit sistemində 4 formada tədris planlarından istifadə olunur:
• İstiqamətin (ixtisasın) tədris planı;
• İstiqamətin (ixtisasın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış illik işçi tədris planları;
• İstiqamətin (ixtisasın) tədris planı əsasında hazırlanmış tələbənin fərdi tədris planı;
• Müəllimlərin tədris yükünü müəyyən etmək üçün müəllimlərin işçi tədris planları.
2.3. Kredit sistemində təhsil alanlar üçün semestrlər üzrə auditoriya dərsləri bütün ixtisaslar üzrə 15 həftə müəyyən olunur. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 15 akademik saata (başqa sözlə, hər bir fənn semestrdə ayrılan həftəlik dərs yükünün 1 saatı bir kreditə) bərabərdir.
2.4. Buraxılış işlərinin hazırlanmasına və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə iki kreditə bərabərdir.
2.5. Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bu zaman həftəlik dərs yükü bir qayda olaraq 30 saatı aşmamalıdır. Bundan əlavə, tələbəyə hər semestrdə yuxarıdan (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir. Tələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan akademik borcu qalan tələbələr üçün fənlər seçmək hüququ verilir. Əlavə yuxarıdan fənlər almaq hüququna yalnız əvvəlki illərdə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.
2.6. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
a) məcburi və ardıcıl öyrənilən fənlər qrupu;
b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrubu;
c) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrubu.
2.6.1. Bu qruplara baza təhsil proqramlarına daxil olan bütün fənn bölümlərindəki fənlər daxil edilə bilər.
2.6.2. «a», «b», «c» fənn qrupları arasında dərs yükünün mütənasibliyi hər bir istiqamət (ixtisas) üzrə Dövlət Təhsil Standartlarının tələbləri gözlənilməklə AƏSMA-nın Elmi Şurası tərəfindən müəyyən olunur.
2.6.3. «a» qrupunun fənləri tələbənin kursunun , tədris birləşmə və qruplarının müəyyənləşdirilməsində əsas rol oynayır.
2.7. Kredit sistemi tətbiq olunan yaxın istiqamətlər (ixtisas) üzrə tədris planları hazırlanarkən onların maksimum şəkildə unifikasiyasına nail olunmalıdır.
2.8. Hər tədris ili üçün tələbənin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma üzrə onların özləri tərəfindən tərtib olunur. Bu zaman tədris məsləhətçisinin (tyütor) köməyindən də istifadə oluna bilər. Tələbələrin fərdi tədris planları tərtib edilərkən Akademiya tələbələrə həm fənn, həm də yüksək ixtisaslı müəllimlərim seçilməsində öz təkliflərini verir (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə). Həmin planlar tədris və elmi işlər üzrə prorektor tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunur, onların bir nüsxəsi tələbədə, bir nüsxəsi (və ya elektron versiyası) isə dekanlıqda saxlanılır. Tələbələrin fərdi planları tərtib olunarkən nəzərə alınmalıdır ki, kreditlərin sayı semestr ərzində 38-i aşmamalıdır. Müəllimlərin illik dərs yükünün hesablanması üçün tutulan işçi tədris planı istiqamətlər (ixtisaslar) üzrə illik işçi tədris planlarının və tələbələrin fərdi planlarının təhlili əsasında hazırlanır.
2.9. Akademiya bütün tədris prosesinin metodiki təminatına məsuliyyət daşıyır. Hər istiqamət (ixtisas) üzrə aşağıdakı sənədlər hazırlanmalıdır:
• bütün fənlər üzrə proqramlar;
• hər bir fənn üzrə mühazirə mətinləri, seminar məşğələlərin və laboratoriya dərslərinin planları, dərslərin icmalları və s;
• tələbənin biliyinə nəzarət üçün materialları (yazılı yoxlama işləri, testlər və onların elektron versiyaları, hər bir fənn üzrə imtahan biletləri);
• təcrübə işləri üçün materiallar (təcrübənin aparılması üçün plan və proqramlar, hesabatların hazırlanma forması).

III. Tələbələrin fərdi tədris planlarının tərtibi qaydası

3.1. Akademiya tədris prosesini elə təşkil etməlidir ki, tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş kredit qazanmasına şərait yaradılsın.
3.2. I kursa qəbul olan tələbələr üçün dekanlıq tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-na qədər həmin işçi tədris planını almalıdır. Sentyabrın 15-nə qədər fərdi tədris planlarında müvafiq düzəlişlər edə bilər. Sonradan fərdi planlarında heç bir dəyişikliklərin aparılmasına icazə verilmir.
3.3. Nöbəti tədris ilində tələbələr istiqamətin (ixtisasın) tədris planı əsasında öz fərdi tədris planını hazırlayır, lazımi hallarda tədris məsləhətçisi ilə bu barədə məsləhətləşmələr aparır, onu imzalayır, tarix qoyur və 25 iyun-10 iyul tarixə qədər dekanlığa təqdim edir. Bu tədris planlarına tələbə növbəti tədtis ilinin sentyabrın 10-na qədər öz düzəlişlərini edə bilər. Sonradan fərdi tədris planında dəyişiklik aparılmasına icazə verilmir.
3.4. Fənnin tədrisi bütün növlər üzrə (mühazirə, məşğələ, seminar, laboratoriya dərsləri və s.) bir qayda olaraq eyni bir müəllim tərəfindən aparılır. Dil dərslərinin tədrisi laboratoriya dərslərində qruplarda tələbələrin sayı mövcud normativlərə uyğun müəyyənləşdirilir və bu işə müstəsna hallarda assistent müəllimlər də cəlb oluna bilər.
3.5. Akademiya iqtisadi və təşkilati imkanlarını nəzərə alaraq hər bir fənnin tədrisinə başlanması üçün mövcud normalar gözlənilməklə tələbələrin minimal sayını və hər bir müəllim üçün tədris qrupunda olan tələbələrin maksimal sayını müəyyənləşdirir. Əgər hər hansı bir fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmayıbsa, həmin fənn işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbə öz fərdi planlarında müvafiq dəyişikliklər aparır və bu haqda dekanlığa məlumat verir.
3.6. Bir müəllimi seçənlərin sayı müəyyən olunmuş həddən çox olarsa, Akademiya bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edilir. Tələbələr qruplar üzrə siyahının ardıcıllığına görə bölünürlər. Bu qruplar təşkil olunarkən tələbələrin fərdi tədris planına müvafiq olaraq müxtəlif kurslarda təhsil alan tələbələr daxil edilə bilər.
3.7. Növbəti tədris ilində tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etməyibsə, onun növbəti kursda təhsili fakültə üzrə həmin kurs üçün qəbul olunmuş işçi tədris planına uyğun müəyyən edilir.
3.8. Fakültənin dekanlığı növbəti tədris ili üçün işçi tədris planlarını və dərs cədvəlini tələbələrin fərdi tədris planlarının təhlili nəticəsində tərtib edir.

IV. Fənnin mənimsənilməsinin nəzarət sistemləri

4.1. Kredit sistemi ilə təhsil alan tələbələrin fəaliyyətinin qiymətləndirilməsi «Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 saylı əmri ilə təsdiq olunmuş Əsasnamə»yə və ona Akademiyanın Elmi Şurası tərəfindən təsdiq edilmiş qismən dəyişikliklərə uyğun olaraq təşkil edilir.
4.2. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir.
4.3. Tələbə akademik müvəffəqiyyətsizliyinə görə Akademiyadan aşağıdakı hallarda xaric oluna bilər:
• cari tədris ilində «a» qrupuna daxil olan fənlərdən müəyyən olunmuş krediti yığa bilmədikdə və növbəti tədris ilində bu fənlərdən təkrarən həmin krediti qazana bilmədiyi halda;
• Bakalavr hazırlığı üçün nəzərdə tutulmuş müddət ərzində müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməyəcəyi müəyyən olunduğu halda.
4.4. «c» qrupuna daxil olan fənlərdən tələbə müəyyən olnnmuş krediti yığa bilməzsə, növbəti tədris ilində o həmin fənni fərdi tədris planına daxil etməlidir. Əgər tədris qrupu yığılmazsa onda tələbə «c» qrupuna daxil olan digər fənni seçə bilər.
4.5. Tələbə fənni ikinci dəfə götürdüyü zaman həmin fəndən dərslərdə iştirak etməlidir. Bu zaman fəndən asılı olaraq davamiyyət həddi təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
4.6. İstiqamətdən (ixtisasdan) asılı olaraq tələbələrə təhsil müddətində 200-250 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin minumum həddinin tələbə tərəfindən yığılması məcburidir.
4.7. İstiqamət (ixtisas) üzrə təhsil müddəti Dövlət Təhsil Standartları əsasında hazırlanmış tədris planı ilə müəyyənləşdirilir. Tələbə həmin müddətdə müəyyən olunmuş krediti yığa bilməzsə o, sonrakı üç il müddətinə həmin kreditləri yığa bilər. Bu zaman tələbə həmin 3 ilin birinci ilində lazımi krediti yenə də yığa bilməzsə o, tələbələr üçün müəyyən olunmuş bütün imtiyazları itirir. Lakin o, təhsilini davam etdirə bilər.

V. Kredit sistemi ilə təhsil alan tələbələrin hüquq və vəzifələri

5.1. Tələbələr Akademiyada kredit sisteminin tətbiqi ilə bağlı qaydalarla və tədrisin təşkili barədə bu əsasnamə ilə tanış olmaq hüququna malikdirlər.
5.2. Tələbələr fərdi tədris planlarını müəyyənləşdirərək bu əsasnamənin qaydalarına riayət etməlidirlər.
5.3. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur.

VI. Tədris məsləhətçilər (tyütorlar) xidməti

6.1. Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təh¬sil müəssisələrində akademik məsləhətçilər (tyütorlar) xidməti təşkil olunur.
6.2. Tyütor xidmətinin fakültə dekanlıqlarının nəzdində yaradılması məqsədəmüvafiqdir. Tyütorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir (hər 100 tələbəyə bir tyütor).
6.3. Tyütor öz işini bir qayda olaraq bir istiqamət (ixtisas) çərçivəsində həyata keçirir və tələbələrə birinci kursdan buraxılışadək xidmət göstərir.
6.4. Tyütorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir.
6.5. Tyütor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
6.6. Tyütorun funksional vəzifələri:
6.6.1. Tyütorlar tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edirlər.
6.6.2. Tyütorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.
6.6.3. Tələbələrin fərdi və işçi planlarının tərtibi üçün tyütorlar onlara qrup və fərdi məsləhətlər verirlər.
6.6.4. Tyütorlar il ərzində müntəzəm olaraq akademik məsləhətlər təşkil edirlər.
6.6.5. Tyütorlar müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar) üzrə işçi planlarının tərtibində iştirak edirlər.
6.6.6. Tyütorlar tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.
6.6.7. Tyütorlar istiqamət (ixtisaslar) üzrə təhsil almaq üçün lazım olan bütün metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna nəzarət etmək hüququna malikdirlər.
6.6.8. Tyütorlar tələbələrin fənlər üzrə attestasiyalarının keçirilməsinə nəzarət edir və ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edə bilərlər.


AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
2009/2010-CU TƏDRİS İLİ I KURS ТƏLƏBƏLƏRİ ÜÇÜN
Y A D D A Ş

   Akademiayada dərslər sentyabrın 15-də başlayan hər bir tədris ili iki smestrdən ibarətdir. Tədris ilinin birinci smestri yeni ilin fevral ayınını 16-na qədər olan müddəti əhatə edir. İmtahan sessiyası 5 həftədir və dekabr ayının 30-dan fevralın 2-nə qədərdir. Tələbələr qış sessiyasından sonra 2 həftə tətilə buraxılır. Tədris ilinin ikinci smestri fevralın 16-dan başlayır.
   Hər dərs 90 dəqiqə davam edir. Hər smestr 15 həftədən ibarətdir. Auditoriya dərsləri həftədə 5 gün olmaqla maksimum 30 saat təşkil edir, yəni günsə 3 qoşa saat.
   Тədris prosesində tələbələrin dərslərə gecikməsi və dərslərdən üzürsüz səbəbə görə qalması ballara təsir edir.
   Тələbənin biliyi 100 ballıq sistem ilə qiymətləndirilir.Yəni tələbənin smestr ərzində fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanların nəticələrinə görə toplanır.

     

KREDİT SİSTEMİNİN MAHİYYƏTİ

   2005-ci ildən Boloniya təhsil sisteminə qoşulan Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qarşısında bu sistemin tələbələrinə olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçirilməsidir ki, onun da mahiyyəti aşağıda göstərilənlərdən ibarətdir:
-Ali məktəbə daxil olan tələbə tədris prosesini müvəffəqiyyətlə başa vurur, diplom əldə etmək istəyirsə, müəyyən edilmiş fənlərin hamısından imtahan verib müsbət qiymət almalıdır.Tədris illəri ərzində keçiriləcək fənlər tədris saatlarına müvafiq olaraq kreditlə də bölünür və əvvəlki sistemdən fərqli olaraq tədris olubacaq fənləri tədris planında nəzərdə tutlmuş ardıcıllıqla tələbə öz istəyi ilə seçir. Fənlərin tədris olunma ardıcıllığına isə dəqiq riayət olunmalıdır. Məs: Tələbə «Riyaziyyat - I» fənnindən müsbət nəticə qazanmadan, оna «Riyaziyyat – II» fənni tədris oluna bilməz.
-Tələbəyə hər bir semesterdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bunsan əlavə, tələbəyə hər semestrdə (birinin tədris ili istisna olmaqla ) cəmi 8 kreditdən çox оlmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir. Əlavə 8 kredit dəyərində fənlər seçmək hüququna yalnız əvvəlki illərdə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasınad olan tələbələr malikdirlər.
-Тələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan (kəsri qalanlar üçün) fənlər seçmək hüququ verilir.
-Кredit sistemində hər bir fənn öz kredit saylarına müvafiq dəyərə malik olur. Fənn üzrə tam kurs mənimsədildikdən sonra, imtahana buraxılır. İmtahanı müvəffəqiyyətlə verə bilməyən təlbəyə növbəti semestrləedə əlavədə göstərilən məbləği tam ödəməklə, yenidən həmin fənn üzrə kurslaları dinləyir və təkrar imtahan verir.


ƏLAVƏ

1. Bir kredit 15 auditoriya saatına bərabərdir.
2. Bir kreditin maddi dəyəri 23,33 manatdır (1400 man/60)
Əgər fənn:
30 saatdırsa tələbə - 2 kredit (46,66 manat)
45 saatdırsa - 3 кredit (69,99 manat)
60 saatdırsa - 4 kredit (93,32 manat)
75 saatdırsa- 5 kredit (116,65 manat)
90 saatdırsa - 6 kredit (139,98 manat)
məbləğində ödəniş etməlidir.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında kredit sistemi ilə tədrisin təşkili prosesində SƏRBƏST İŞ haqqında
YADDAŞ


Tələbənin semestr ərzində aldığı nəzəri bilikləri mənimsəmə səviyyəsi, təfəkkürünün inkişafı, sərbəst işləmə bacarığı «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında» Əsasnaməyə uyğun ali təhsil müəssisələri tərəfindən həyata keçirilir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 2007/2008 tədris ilindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.07.2007 tarixli 914 nömrəli əmri ilə təsdiq edilmiş ali təhsil müəssələrində kredit sistemi ilə tədrisin təşkili barədə əsasnamə əsasında kredit sisteminin tədbiqinə başlamışdır. Bu prosesin şərtlərinə uyğun olaraq, tələbələrin bilik səviyyəsi çoxballı sistem əsasında qiymətləndirilir ki, bunun da əsas elementlərindən biri sərbəst işlərin yerinə yetirilməsidir.
Burada qiymətləndirmə fərdi jurnallarında öz əksini tapır.
«Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında» Əsasnamənin 5-ci maddəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Elmi Şurasının 10.09.2009 tarixli qərarına əsasən, tələbəyə fənlər üzrə sərbəst işə görə ballar aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:
- Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir.
- Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla, əks təqdirdə «0» balla qiymətləndirilir.
- Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur.
- Sərbəst işlərin tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) ola bilər.
- Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
- Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən həftədə bir dəfə dərsdən kənar vaxtda həyata keçirilir.
Əlavə: Tələbələrin sərbəst işləri üçün tərtib olunan xüsusi jurnal hər fakültənin dekanlığında saxlanılır. Semestrin ilk iki həftəsi ərzində müəllimlər sərbəst iş mövzularını müəyyənləşdirib dekanlığa təhvil verməlidirlər.
Sərbəst işlərin yoxlanılması və qiymətləndirilməsi semest ərzində ardıcıllıq gözlənilərək aparılmalıdır və semestrin sonuna iki həftədən gec olmayaraq, müəllimlər tərəfindən qiymətləndirilməlidir. Bu tarixə qədər fərdi tapşırığı yerinə yetirməyən tələbə qiymətləndirilmir.
Аkademiyada fəaliyyət göstərən ixtisaslar üzrə tədris planları BOLONİYA prosesinin tələblərinə uyğun olaraq hazırlanmış və ƏLAVƏDƏ verilmişdir.

( ƏLAVƏYƏ BAXIN )


Elan:
Yeni dərs ili münasibətilə tələbə adını yenicə qazananları təbrik edirik!!!

Akademiyamızdan Xəbərlər...

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının saytı yeni təribat və dizaynla istifadənizə verilidi.