KADR POTENSİALI VƏ ELMİ-TƏDQİQAT İŞLƏRİ...

635 nəfər tələbənin təhsil aldığı Akademiyada 57 nəfər professor-müəllim heyyəti çalışır. Onların 31 nəfəri elmlər namizədi, dossent 5 nəfəri elimlər doktoru, professordur.
Son 5 ildə Akademiyada 200 çap vərəqindən artıq həcmi olan dərslik, dərs vəsaiti və monoqrafiyalar nəşr olunmuşdur.

Akademiya Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi, Dövlər Sosial Müdafiə Fondu, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, eləcə də aparıcı ali məktəblərlə sıx əlaqədədir.
Hər il Tələbə-Elmi cəmiyyəti ilə birlikdə aktual məsələlərə həsr olunan tələbələrin elmi-praktik konfransları keçirilir.
Tələbələrin Tələbə-Elmi Cəmiyyəti vasitəsilə elmi fəaliyyətə cəlb olunmasına Akademiyada xüsusi fikir verilir. Bütün tədris qruplarını əhatə edən və 65 nəfər üzvü olan
Tələbə-Elmi Cəmiyyəti təərəfindən elmi-praktik konfranslar, müsabiqələr keçirilir. Ötən tədris ilində «Azərbaycan Respublikasının dünya iqtisadiyyatında yeri», «İnformasiya texnologiyalarının gənclərin həyatında rolu», Ümummilli liderimiz Heydər Əliyevin 87-ci il dönümünə həsr edilmiş «Heydər Əliyev və Həmkarlar ittifaqları» mövzusunda konfranslar keçirilmişdir.