Möhsümov Şəhriyar – IV kurs tələbəsi, sədr
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə - Gənclər Təşkilatı 06 May 2005 - ci il tarixində qəbul edilmiş “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə - Gənclər Təşkilatının Əsasnaməsi”nin tələblərinə uyğun olaraq öz fəaliyyətini qurmuşdur. Təşkilat 2005 - ci ildən etibarən fəaliyyətdədir. Təşkilatın ilk sədri Sariyev Mehrac Mahir oğlu olmuşdur. Hal - hazırda təşkilatın sədri Akademiyanın IV kurs tələbəsi Möhsümov Şəhriyar Əliağa oğludur.
Təşkilatın əsas məqsədi:
Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı - ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Təşkilatın əsas vəzifələri:
Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi və s.
Təşkilatın strukturu və idarəetmə orqanları:
1. Konfrans
2. İdarəetmə Şurası
3. Təftiş Komissiyası
İdarəetmə Şurasının tərkibi:
Möhsümov Şəhriyar - Sədr
İbadullayev Seymur - müavin
Məsimov Tacəddin - müavin
Zakirli Emil - Fakültə təşkilatının sədri
Abdullayev Kamil - Fakültə təşkilatının sədri
Əlizadə Vüsal - İdarəetmə Şurasının üzvü
Bağırova Zöhrə - İdarəetmə Şurasının üzvü
Babayeva Məlahət - İdarəetmə Şurasının üzvü
Vəliyeva Günel - İdarəetmə Şurasının üzvü
Cəlali Nicat - İdarəetmə Şurasının üzvü
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə - Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayonu Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və bir sıra QHT - lərlə sıx əməkdaşlıq edir. Akademiyanın ictimai həyatında fəal iştirakına görə Tələbə - Gənclər Təşkilatının bir qrup üzvü Akademiyanın Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. Eləcə də, Binəqədi rayonu ərazisində həyata keçirilən mədəni kütləvi tədbirlərdə Akademiyanın Tələbə - Gənclər Təşkilatı daim iştirak etmiş və təşkilatçı qismində hər zaman yer almışdır. Bunların nəticəsidir ki, Akademiyanın Tələbə - Gənclər Təşkilatının fəal üzvləri Binəqədi rayonu Gənclər və İdman İdarəsinin müvafiq Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
Akademiyanın Tələbə - Gənclər Təşkilatının tədbirləri və Tələbə - Gənclər Təşkilatı üzvlərinin uğurları
1. Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin 26 İyun Silahlı Qüvvələr günü münasibətilə ali təhsil müəssislərinin Tələbə - Gənclər Təşkilatları arasında keçirdiyi Paintball turnirində Akademiynın Tələbə - Gənclər Təşkilatı III yeri tutmuşdur.
2. 25- 28.06.2010 Şəki şəhəri
"26 iyun - Silahlı qüvvələr günü" münasibətilə Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilən "Gənclər ali baş komandanın əmrinə hər an hazırdır" mövzusunda hərbi vətənpərvərlik düşərgəsində Akademiyanın Tələbə - Gənclər Təşkilatının nümayəndəsi iştirak etmiş və sertifikatla mükafatlandırılmışdır.
3. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbi" ndə Akademiyanın Tələbə - Gənclər Təkilatı İqtisadiyyat və idrəetmə fakültəsinin sədri Zakirli Emil iştirak etmiş və sertifikatla mükafatlandırılmışdır.
4. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Gənclər Nazirliyi arasında bağlanmış müqavilə əsasında tələbə mübadiləsi proqramında Akademiyanın Tələbə - Gənclər Təşkilatının sədri Şəhriyar Möhsümov Azərbaycanı təmsil edən tələbə qrupunun tərkibində yer almışdır.

5. Akademiyanın Tələbə - Gənclər Təkilatı və Azərbaycan Tələbələr Birliyi "Komanda işi" mövzusunda təlim həyata keçirmişdir

6. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbi" ndə Akademiyanın Tələbə - Gənclər Təkilatı İqtisadiyyat və idrəetmə fakültəsinin sədri Zakirli Emil iştirak etmiş və sertifikatla mükafatlandırılmışdır.
LİDERLİK MƏKTƏBİ
AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI İTTİFAQI
28 İYUL – 04 AVQUST. LƏNKƏRAN
7. “İrəli” İB tərəfindən Oğuz şəhərində həyata keçirilən "Gənc liderlər üçün qış universiteti" ndə Akademiyanın Tələbə - Gənclər Təkilatının sədr müavini Məsimov Tacəddin iştirak etmiş və sertifikat əldə etmişdir.